Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanlı deputat Afrin şəhidlərinin xatirəsinə ağaç əkdi   +

  9
15:05 17-04-2018
Şriftin ölçüsünü dəyiş  

Millət vəkili Adil Əliyev Türkiyənin Sivas şəhərində Hafik Kamer adına Nümunəvi Yüksək Peşə Məktəbi tərəfindən təşkil edilən“Şəhidlərin anma” tədbirində iştirak edib.

Anma tədbirində Cümhuriyyət Universtetinin rektoru,Prof. Alim Yılmaz iştirak edib.

Paralel.az xəbər verir ki, millət vəkili çıxışında Afrin hərəkatının başlandığı 20 yanvar gününü, Azərbaycan üçün önəmli olduğunu bildirib.

“Həmin tarixdə 1990-ci ildə sovet imperiyası Azərbaycan xalqının istiqlal,müstəqillik ideyalarını məhv etmək üçün yüzlərlə insanımıza qətlə yetirib. 20 yanvar günü Azərbaycanda matəm günü kimi qeyd olunur. Müstəqilliyimizi əldə etsək də, Ermənistan və onların havadarları tərəfindən Qarabağ işğal edilib və bu gün işğal davam edir. Qardaş Türkiyə Azərbaycana dəstək üçün işğalçı Ermənistanla sərhədlərini bağlayıb. Bu bir millət,iki dövlət olduğumuzu bir daha ortaya qoyur”.

Rektor çıxışında Afrin hərəkatında şəhid olanların xatirəsinə yad olaraq ağaçların əkiləcəyini bildirib.

Türkiyənin tanınmış milliyyət, haberler.com və s.digər saytları millət vəkilinin çıxışına diqqət ayırıblar.

Tədbirdə Afrin hərəkatında şəhid olan türk ordusunun alilələrinə Qurani-Kərim və Türk bayrağı təqdim olunub. Sonda tədbir iştirakçıları məktəbin ərazisində şəhidlərin xatirəsilərini əbədiləşdirmək məqsədilə ağac əkiblər.

Qeyd edək ki, millət vəkili bir neçə gündür ki, Sivas şəhərində səfərdədir. O, “Sivasspor”un 2-ci başqan Məhmət Oflaz, Sivas valisi Davut Gül, Sivas bələdiyyə başçısı Sami Aydın və Cümhuriyyət Universtetinin rektoru,Prof. Alim Yılmazla ayrı-ayrılıqda görüşüb.


https://www.haberler.com/hafik-te-sehitler-anisina-fidan-dikildi-10762327-haberi/
http://www.milliyet.com.tr/hafik-te-sehitler-anisina-fidan-dikildi-sivas-yerelhaber-2734383/
http://www.haber7.com/sivas/2602633-hafikte-sehitler-anisina-fidan-dikildi


Yazarlar