Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Trampın səlahiyyətləri artırıldı

  10
14:40 17-04-2018
Şriftin ölçüsünü dəyiş  

ABŞ-ın hər iki partiyasından olan senatorlar xaricdəki terroristlərə qarşı güc tətbiq etmə haqda qətnamənin yenilənmiş formasını Konqresə təqdim ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə “TASS” Agentliyi məlumat yayıb.

Sənə ediləcək yeni dəyişikliklər, 2001-ci ildən qüvvədə olan qaydaları dəyişir. Beləliklə prezident Donald Tramp xaricdə terrorist qruplaşmalara və onlarla əlaqəli qüvvələrə qarşı yeni müharibələrə başlamağa birbaşa səlahiyyətlər əldə edir.

 

Qeyd edək ki, qətnamənin 2001-ci il formasında bu növ müharibələr yalnız Konqresin razılığı ilə mümkün ola bilər. Bununla belə ABŞ prezidentinə Kanqresin razılığı olmadan (müzakirə olunmadan) digər dövlətlərə müharibə etmək hüququ verilmir.

Sənədin müəllifləri kimi Respublikaçılardan senator Bob Korker (Tenesi ştatı), Cek Fleyk (Arizona ştatı), Tod Yanq (İndiana ştatı), Demokratlardan isə senator Tim Keyn (Vircinya ştatı) və Bill Nelson (Flarida ştatı) çıxış ediblər.

 

Qeyd edək ki, prezidentə bu səlahiyyətlərin verilməsi haqda hələ 2014-cü ilin noyabrından eks prezident Barak Obamanın dövründən hazırlıqlar aparılıb.

 

Əvəz ZEYNALOV


Yazarlar