Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Sosial iş kafedrası beynəlxalq quruma üzv oldu

  11
14:25 17-04-2018
Şriftin ölçüsünü dəyiş  

Bakı Dövlət Universitetinin Sosial iş kafedrası Sosial İş Məktəblərinin Beynəlxalq Assosiasiyasına (SİMBA) tamhüquqlu üzv qəbul edilib.

 

 

Paralel.az xəbər verir ki, 1928-ci ildə Parisdə keçirilən İlk Beynəlxalq Sosial İş Konfransında yaradılan SİMBA sosial iş təhsili institutlarının, sosial iş təhsilini dəstəkləyən birliklərin və sosial iş müəllimlərinin qlobal assosiasiyasıdır. Əsas missiyası milli, regional və beynəlxalq assosiasiyalar ilə dünya miqyasında əməkdaşlıq çərçivəsində sosial iş təhsilini təşviq və təmsil etmək, sosial iş müəllimləri və proqramlarının cəlb olunmuş birliyini yaratmaq və qoruyub saxlamaq, tədqiqat və kurrikulum resurslarının qarşılıqlı mübadiləsində iştirakçılığı fasilitasiya etmək və dəstəkləmək, daha ədalətli dünya üçün təhsil strategiyaları və siyasətlərini təkmilləşdirmək, Sosial İş Təhsili və Təlimi üçün Qlobal Standartları hazırlamaq, sosial iş tədrisçiləri üçün konfranslar, təlim proqramları və kurrikulum icmallarını təşkil etmək, nəşrlər və sosial mediadan istifadə, BMT-də təmsilçilik olan təşkilatın 404 məktəb üzvü və dünyanın bütün qitələrinin 65 ölkəsində 5  filialı, 231 fərdi üzvləri var ki, onlar da əsasən sosisal işçilər və sosial iş müəllimləridir.

 

 

Təşkilata üzvlük, eyni zamanda, SİMBA-nın Listservinə (Google qrupları), Sosial Dialoq, Beynəlxalq Sosial İş və Beynəlxalq Sosial Rifah jurnallarına abunəlik, ümumdünya sosial iş məktəbləri arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan sosial iş məktəbləri ilə birgə layihələrdə iştirak imkanları yaradır.


Yazarlar