Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakıda Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Asssosasiyası təsis edildi

  11
10:25 17-04-2018
Şriftin ölçüsünü dəyiş  

Bu gün Bakıda Dünya Bankı Qrupunun və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) birgə təşkil etdiyi imzalama mərasimində Avropa və Mərkəzi Asiyada Kredit Məlumatları Təchizatçıları Asssosasiyası rəsmən təsis edilib. Paralel.az-ın verdiyi xəbərə görə, Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızısan, Tacikistan, Ukrayna və Özbəkistanı təmsil edən kredit reyestrləri və büroları yeni assosasiyanın üzvləri olublar.

MBNP-nın baş icraçı direktoru İbrahim Alışov bildirib ki, Asssosasiyanın yaradılması rəqəmsal iqtisadiyyatda çağırışlara cavab vermək məqsədi daşıyır:

"Assosasiya həm təcrübə mübailəsi, həm şəffalığın artırılması, həm də müasir metodların tətbiqi zamanı yaranan suallların cavablandırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Qurum həm region ölkələrində maliyyə xidmətlərinin inkişafına dəstək olacaq, həm də maliyyə xidmətlərinə çıxışı asanlaşdıracaq".


Yazarlar