Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Heç bir maneə olmadı...” – Şəmsəddin Hacıyev

  10
16:05 16-04-2018
Şriftin ölçüsünü dəyiş  

“Aprelin 11-də keçirilən prezident seçkiləri, səsvermə prosesi azad və şəffaf, Azərbaycan seçicilərinin yüksək fəallığı ilə baş tutub. Azərbaycan vətəndaşları heç bir maneə olmadan, azad və sərbəst şəkildə seçki məntəqələrinə gedərək öz iradələrini ifadə ediblər.

 

Bu seçkilərdə xalqımız Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı cənab İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini qazanıb”.

 

Paralel.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Şəmsəddin Hacıyev deyib.

 

Deputat bildirib ki, Azərbaycan xalqı prezident İlham Əliyevin hər zaman yanındadır və onun apardığı siyasəti hər zaman dəstəkləyir.

 

“Bu dəstək özünü bir daha seçkilərdə biruzə verdi. Və xalqımız İlham Əliyevi növbəti 7 il müddətinə Azərbaycan Respublikasının prezidenti seçdi. Hesab edirəm ki, İlham Əliyev gələcəkdəki seçkilərdə də, hətta iki dəfə ar-arda 14 il müddətinə prezident seçiləcək”.


Yazarlar