Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Türk-islam aləminin ilk azərbaycanlı qadın millət vəkili   +

  10
14:40 16-04-2018
Şriftin ölçüsünü dəyiş  

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən türk-islam aləmində ilk qadın millət vəkili seçilmiş, əslən azərbaycanlı olan Pərixan Sofiyeva haqqında məqalə yaradılıb.

Modern.az-ın məlumatına görə, məqalədə bildirilir ki, Gürcüstan Demokratik Respublikası haqqında araşdırma aparan tarixçi İrakli Xvadagiani Tiflis quberniyasından seçilən deputatların siyahısında müsəlman qadının adını müəyyənləşdirib. Faktla bağlı araşdırmalarını davam etdirən gürcü tarixçi sonradan Pərixan Sofiyeva adına Gürcüstan Sosialist Federalistlərin rəsmi qəzetində də rast gəlib. Nəticədə türk-islam aləmində ilk millət vəkili seçilən azərbaycanlı qadın - Pərixan Sofiyeva haqqında məlumatlar müasir tarix elminə aşkar edilmiş olub.
“Qarayazı anası Pərixan Sofiyeva” adlı məqaləsində İ.Xvadagiani öz fikirlərinə 1918-ci ilin payızında gürcü mətbuatında qürur hissi ilə yazılan “Çox sevindirici bir hadisəni qeyd etmək lazımdır: Səs verənlərin sayına Qarayazı dairəsindən irəli sürülən müsəlman qadın Pərixanım Sofiyeva. İlk eroba (türkcə "Yeroba" sözündəndir, Gürcüstanda o zaman yerli özünüidarəetmə orqanı belə adlanırdı) qurultayı dekabrın 2-ə təyin olunub…” sitatı ilə aydınlıq gətirir.

Araşdırmaçı Mehman İbrahimov tərəfindən gürcü dilinə tərcümə olunan məqalə gürcücə Vikipediyada da yerləşdilib. Daha ətraflı məlumat üçün aşağıdakı linklərə daxil ola bilərsiniz:

https://az.wikipedia.org/wiki/P%C9%99rixan_Sofiyeva

https://ka.wikipedia.org/wiki/%E1%83%A4%E1%83%90%E1%83%A0%E1%83%98%E1%83%AE%E1%83%90%E1%83%9C_


Yazarlar