Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Zərifə Əliyeva Binəqədidə ANILDI +

  8
13:00 16-04-2018
Şriftin ölçüsünü dəyiş  

Binəqədi rayonunda Azərbaycanda Oftalmologiyaelminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın xatirəsi yad edilib.

 

Paralel.az xəbər verir ki, ilk olaraq Binəqədi rayonunun ictimai-siyasi və mədəni həyatında fəal rol oynayan bir qrup qadın rayonun 6-cı mikrorayon ərəzisində yerləşən Zərifə Əliyeva parkına gələrək görkəmli oftolmoloq-alimin abidəsini ziyarət etmiş və abidə önünə gül dəstələri qoyublar.

 

Yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşən Zərifə Əliyevanın xatirəsi ehtiramla anıldı.

 

Anım mərasimində Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva əvvəlcə alimin xatirəsini bir dəqiqəlik sükutla yad etdi, daha sonra bildirdi ki, Zərifə xanımın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Xatirə günündə bir daha qeyd olundu ki, akademik Zərifə Əliyevanın fitri istedada malik novator alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə Əliyevanın məşhur alim, istedalı insan olmaqla yanaşı müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, eyni zamanda qayğıkeş ana olduğu vurğulandı. Ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür-gün yaşayan Zərifə Əliyevanın əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi qəlblərdə əbədi yaşayacağı  vurğulandı.

 


Yazarlar