Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Milli Qəhrəmanın doğum günüdür

  11
12:10 16-04-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycanın Milli Qəhrəmanı Rizvan Teymurovun doğum günüdür. Paralel.az-ın məlumatına görə, Rizvan Rəhman oğlu Teymurov 1967-ci il aprelin 16-da Şuşa rayonunun Quşçular kəndində anadan olub. O, 1991-ci ildən Xüsusi Təyinatlı Milis Dəstəsinin tərkibində fədakarlıqla vuruşub, Dağlıq Qarabağın Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində, habelə Xankəndində erməni quldurlarının zərərsizləşdirilməsində və tərksilah edilməsində qəhrəmanlıq nümunəsi göstərib. Xankəndi və Kərkicahan ətrafındakı döyüşlərdə rəşadətlə vuruşub. O, 1991-ci il dekabrın 9-da Kərkicahan yaxınlığındakı döyüşdə qəhrəmanlıqla həlak olub. Şuşa rayonu Quşçular kəndində dəfn olunub. Bakının Nizami rayonunda küçələrin biri qəhrəmanın adını daşıyır.


Yazarlar