Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ermənistanda Sarkisyan əleyhinə AKSİYALAR -  Yerevanın mərkəzi küçələri bağlandı +

  7
10:45 16-04-2018
Şriftin ölçüsünü dəyiş  

Yerevanda keçirilən aksiyalarda mərkəzi küçələr bağlanıb.

 

Paralel.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “Vətəndaş razılaşması” partiyasının siyasi şura üzvü Nikol Paşinyanın sözlərinə görə, kütlə Arşakunyanç prospekti, Abovyan, Moskovyan və Saryan küçələri hərəkət üçün bağlıdır.

 

Amma müxalifətçilərin bu hərəkəti paytaxt sakinlərinin, xüsusən sürücülərin narazılığına səbəb olub.

“Biz küçələri planlaşdırmadığımız ərazilərdə bağlamışıq. Respublika Partiyası üzvlərinin evlərinin mühasirəyə alınması planı hələ də qüvvədədir. Planlaşdırdığımız tədbirlərin reallaşması xalqın dəstəyindən asılıdır.

 

Paşinyan bir neçə tərəfdarının polis tərəfindən saxlanıldığını da təsdiqləyib.

  

 


Yazarlar