Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ərəb Dövlətləri Liqası Bəşər Əsəd  hökumətini günahlandırdı -SƏBƏBİ 

  24
23:30 15-04-2018
Şriftin ölçüsünü dəyiş  

 

Ərəb Dövlətləri Liqasının sammiti Suriya  hökumətini kimyəvi silahdan istifadə etməkdə günahlandırıb və beynəlxalq araşdırmanın keçirilməsini tələb edib.

Modern.az-ın   verdiyi xəbərə görə, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr bəyan edib.

 

“Ərəb Dövlətləri Liqası Bəşər Əsəd rejiminin Suriya xalqına qarşı kimyəvi silah istifadə etməsini qəti şəkildə pisləyib. Bu sammitin qəbul etdiyi yekun bəyanatda əksini tapıb”, deyə nazir qeyd edib.

 

Sammitdə baş tutan müzakirələr zamanı Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri Suriyaya qarşı hərbi əməliyyatın keçirilməsini dəstəkləyib. Öz növbəsində İraq , Əlcəzair və Tunis koalisiyanın Suriyanı bombalamasını pisləyib.

 

Qeyd edək ki, Ərəb Dövlətləri Liqasının sammiti bu gün Səudiyyə Ərəbistanının Dəhran şəhərində keçirilib. (APA)


Yazarlar