Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ağsuda dəhşətli yanğın: Çörək sexi kül oldu - VİDEO

  22
21:50 15-04-2018
Şriftin ölçüsünü dəyiş  

 

Bu gün səhər Ağsuda yanğın olub.

Modern.az  xezerxeber.az-a istinadən bildirir ki, rayonun mərkəzi bazarının yanında yerləşən 345 kvadratmetr olan çörəkbişirmə sexində baş verən yanğının söndürülməsinə Ağsu, İsmayıllı və Kürdəmir dövlət yanğından mühafizə hissələrinin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı müəssisənin 313 kvadratmetrlik hissəsi yanıb, ona birləşik 345 kvadratmetrlik digər ticarət obyekti və yaxınlıqdakı bazar alovdan mühafizə edilib.

Yanğın saat 12:30 radələrində tam söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının səbəbi və sexə nə qədər maddi ziyanın dəydiyi araşdırmalardan sonra məlum olacaq.


Yazarlar