Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Xocalıdan olan 27 uşaq sünnət edildi

  42
15:05 15-04-2018
Şriftin ölçüsünü dəyiş  

Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Xocalıdan olan 27 imkansız ailənin uşağına sünnət toyu keçirilib. Bu barədə Milli Məclisin Xocalıdan seçilən deputatı Elman Məmmədov Paralel.az saytına məlumat verib. Deputat tədbirdə iştirak edənlərdən də söz açıb:

“Hazırda Goranboy rayonunda Xocalı əhalisinin kontakt məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsindəyəm. Burada xeyirxah insanların köməyi ilə Xocalıdan olan 27 imkansız uşaq sünnət edildi. Tədbirdə “Yeni Yurd” İctimai Birliyi, Xocalı camaatı, Xocalı rayon İcra Hakimiyyətinin başçısı öz kollketivi ilə birlikdə, o cümlədən Azərbaycanın Xalq artisti Ağadadaş Ağayev iştirak edib”.


Yazarlar