Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Fransa kimyəvi hücumla bağlı hesabat verdi

  46
16:05 14-04-2018
Şriftin ölçüsünü dəyiş  

Fransa hakimiyyəti Suriyanın Duma şəhərindəki kimyəvi hücumla bağlı xüsusi xidmət orqanlarının hesabatını dərc ediblər.

 

Paralel.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.

 

Fransız xüsusi xidmət orqanları Suriyanın 2013-cü ildə Kimyəvi silahların qadağan olunması Təşkilatından kimyəvi silahların müəyyən bir hissəsini gizlətdiyini iddia edirlər.

 

Hesabatda eyni zamanda Duma sakinlərinə qarşı dəfələrlə qadağan olunmuş maddələrdən istifadə barəsində məlumat da yer alıb. Sənədin son vərəqində üzərində kimyəvi yanıqlarla uşaqların təsviri olan 3 şəkil var. Həmi şəkillərin aprelin 7-də Dumada çəkildiyi bildirilir.

 

Əvəz ZEYNALOV


Yazarlar