Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Vətəndaşlar əmlaklarının
sığortalanmasına maraqlı deyillər

  59
18:35 13-03-2018
Şriftin ölçüsünü dəyiş  

Nüsrət İbrahimov: “Əmlakın icbari
sığortalanmasını tətbiq etməyin vaxtı çatıb”

 Icbari sığortalar ölkə əhalisinin bütövlükdə diqqətində olmayan məsələdir.  Bu sahə necə deyərlər, dinamik vəziyyətdə deyil.  Icbari tibbi sığorta sahəsində illərdir aparılan müzakirələr indi-indi reallaşdırılmağa başlayıb.

Onunla müqayisədə əmlakın icbari sığortalanması məsələsi kölgədə qalsa da, yalnız bugünlərdə gündəmə gətirilib.  Müzakirələrə səbəb olan məqam isə, əmlakın icbari sığortasından istifadə etməyənlərə  qarşı cəza tədbirlərinin  aparılacağıdır. 

Sığortaçılar Assosiasiyasından bunu sığorta bazarında aktivlik yaratmaq,  yaşayış evlərinin və  mənzillərin icbari sığortasına başlamaq kimi əsaslandırırlar. Təklif variantı da əlverişli hesab edilir - standart sığorta paketiylə  müx-təlif  ərazilər üçün sığorta haqqı 30-50 manat, bu məbləğ müqabilində ödəniş limiti də 15-25 min manatadəkdir.

Əmlak sığortasında isə problemlər yetərincədir.  Ekspertlər  bu sahədə inzibati nəzarət tədbirlərinin olmadığını,  yalnız  alqı-satqı və girov müqavilələri vaxtı  sığorta müqaviləsinin tələb edildiyini deyirlər.  Bu məqamdan kənarda isə heç bir mənzil və ev icbari qaydada  sığortalanmır.

“MBA Consultıng Group”un rəhbəri,  ekspert Nüsrət İbrahimov deyir ki,  sözügedən məsələdə insanlar öncə sovet psixologiyasından qurtulmalıdır. Yəni vətəndaşlar hər şeyin dövlətin etməli olduğu fikriylə yaşamamalıdır: “Hansısa qəza və təbiət, yaxud, xoşagəlməz hadisələrdə vətəndaşlar dövlətdən yardım, kömək gözləyirlər.  Amma yaddan çıxarırlar ki, praktik şəkildə bu işlə yalnız sığorta şirkətləri məşğul olur. Bizdə də bunu insanlara aşılamağın vaxtı çatıb.  Onu da qeyd edim ki, insanların sığorta şirkətlərinə inamı müsbət müstəvidə deyil. Çünki sığorta şirkətləri belə potensial müştəriləri özlərindən küsdürürlər”.

N.İbrahimov deyir ki, insanları xoşluqla sığorta işinə dəvət etmək lazımdır. Bu formada alınmasa,  əmlakın icbari sığortası bir müddət məcburi qaydada edilməlidir. Həmsöhbətimiz bunu avtomobillərin icbari sığortasının nümunəsində misal gətirir: “Avtomobillərin icbari sığortasına da əvvəllər heç kim getmirdi. Amma indi vəziyyət dəyişib. İnsanlar qəza hadisəsi baş verəndə dərhal sığorta şirkətinə müraciət edirlər. Sığorta şirkətləri də əvvəllər daha çox xoşagəlməz hallarla rastlaşırdısa, zaman keçdikcə onlardan şikayətlər azalıb. Evlərin icbari sığortasında da belə olacaq. Ona görə də düşünürəm ki, icbari əmlak sığortasını tətbiq etməyin vaxtı çatıb”.

N.Orucova

Yazarlar