Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

İkinci peykin buraxılması nəyə hesablanıb?

  48
18:34 13-03-2018
Şriftin ölçüsünü dəyiş  

Osman Gündüz: “Azərbaycanda
yeni bir sahə meydana gələ bilər”

 Aprelin  30-da Azərbaycanın  “Azerspace-2/Intelsat 38”  ikinci geostasionar peyki buraxılacaq.  Trendin məlumatına görə, bu barədə etibarlı mənbədən  xəbər verilib. Peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru kosmodromundan “Ariane 5 ECA” raketdaşıyıcısı vasitəsilə orbitə buraxılacaq. “Azerspace-2/Intelsat 38”in xidmət dairəsinə Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələrinin daxil olduğu bildirilir. Azərbaycanın ilk peyki  “Azerspace/Africasat-1”  isə 2013-cü ilin fevralında orbitə buraxılıb.

 Azərbaycan  İnternet Forumunun prezidenti,  “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz deyir ki, insanlara dayanıqlı xidmət göstərmək üçün bir peykin istifadəsi yetərli deyil. Ona görə də  növbəti dəfə telekommunikasiya peykinin orbitə buraxılması vacibdir. Yəni alternativ, əlavə peykin varlığı xidmətin daha çox  effektiv olmasının ilkin şərtidir: “Hər peykin işləmə müddəti məhduddur. 15 il müddətində  gəlir götürülməli, xərclər ödənməli, başqa ölkələrlə, şirkətlərlə müqavilələr bağlanmalıdır. Yəni atılan addımlar xərclərin ödənilməsi və gəlirin götürülməsinə hesablanmalıdır. Bir peykin nümunəsində isə bu fəaliyyət yetərli deyil. Ona görə də  daha uğurlu müqavilələrin olması,  bazarda yaxşı müştərilərlə işbirliyinin qurulması  vacibdir. Bundan başqa, ikinci peykin orbitə buraxılması təkcə xidmətlə məhdudlaşmır. Bu, həm də ölkənin gücünün, innovasiya texnologiyasının,  elmin inkişafının göstəricisi hesab olunur”.

Həmsöhbətimiz  bir məqama diqqəti çəkir.  Bu məqam da ikinci peykin  buraxılmasının  təkcə peyk sahəsinin inkişafı deyil, yeni bir sahənin formalaşmasıdır: “Texnologiyanın inkişafıyla bərabər, Azərbaycanda yeni bir sahə  yarana bilər. Kosmos sənayesi yeni bir sahəni meydana çıxaracaq. Nəticədə,  bu, yeni kadrlar ordusunun yaranmasına kömək edəcək.  Yəni “Azərkosmos”  sözügedən işlə təkcə gəlirləri qarşılayıb gəlir götürməklə kifayətlənməməlidir. Bununla innovativ, elmi inkişafın,  kosmos sənayesinin nüfuzu  məsələsi gündəmə gəlir. Yəni növbəti peykin buraxılması təkcə xidmət üçün hesablanmayıb”.

 N.Orucova

Yazarlar