Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Nazir: Azərbaycan artıq özünü doğruldub

  46
13:16 13-03-2018
Şriftin ölçüsünü dəyiş  

10:40

Bakıda "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdiriməsində parlament üzvlərinin rolu" mövzusunda beynəlxalq konfrans bu gün öz işinə başlayır.

Axar.az xəbər verir ki, "Feyrmont" otelində təşkil edilən mərasimdə ümumilikdə 20 ölkədən parlamentari iştirak edir.

Tədbirdə ATƏT PA sədri Georgi Tsereteli, Monteneqro parlamentinin sədri, Monteneqronun ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri İvan Brajovic, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov, Monqolostan Xarici İşlər naziri Soqbatar Damdin, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Məclisinin baş katibi Asəf Hacıyev, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Mirçea Çiopraqa, Çinin Azərbaycandakı səfiri Vey Cinhua məruzə edəcək. Serbiyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Stefana Miladinoviç və digər ölkələrin ATƏT PA-dakı nümayəndə heyətlərinin üzvləri də konfransda iştirak edirlər.

Tədbirin moderatotu ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevdir.

Xatırladaq ki, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu 2017-ci il iyul ayının 8-də Azay Quliyevin təşəbbüsü ilə Parlament Assambleyasının Minskdə keçirilən yay sessiyası çərçivəsində təsis edilib. Bu təşəbbüs 17 ölkə - Azərbaycan, Albaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Qırğızıstan, Monqolustan, Monteneqro, Rumıniya, Serbiya, İsveçrə, İspaniya, Tacikistan, Türkiyə və Ukrayna tərəfindən dəstəklənib və qrup həmin ölkələrin ATƏT PA-dakı nümayəndə heyətlərinin imzası ilə rəsmən yaradılıb. Avstriya, Polşa və Makedoniyanın qrupa daxil olması ilə İpək Yoluna Dəstək Qrupuna üzv ölkələrin sayı 20-yə çatıb.

***

Tədbiri giriş nitqi ilə açan millət vəkili Azay Quliyev mərasimə göstərdiyi dəstəyə görə Milli Məclisə və spiker Oqtay Əsədova, həmçinin ATƏT PA sədrinə təşəkkür edib.

O, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun ilk tədbiri olduğunu, mərasimə 22 ölkə nümayəndəsinin qatıldığını qeyd edib.

***

Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxışında qeyd edib ki, İpək Yolu təkcə Şərqlə Qərb arasında iqtisadi deyil, həm də humanitar əlaqələrin inkişafına töhfə verib.

ATƏT PA-nın İpək Yolu Dəstək Qrupunun yaranmasından danışan vitse-spiker Azərbaycanın tarixi-coğrafi mövqeyini, İpək Yolu üzərində olan ölkələrə böyük təhfələr verə biləcəyini qeyd edib.

"Azərbaycan İpək Yolunun özünə aid olan seqmentini təzələyir. Bakı-Tiflis-Qars dəmiryolu açıldı, Xəzər regionunda ən böyük dəniz limanı tikilir, Şimal-Cənub dəhlizinin Azərbaycan hissəsi yekunlaşıb və bu yolla yaradılan yeni marşrutun İpək Yoluna inteqrasiyası başlanılacaq. Bu yolla təkcə yüklər deyil, eyni zamanda mədəniyyətlər, əlaqələr inkişaf edəcək", - B.Muradova bildirib.

***

Azərbaycan kiçik ölkədir, okeana çıxış yolu yoxdur. Bu baxımdan İpək Yoluna Dəstək Qrupu düşünürəm, çox yaxşı təşəbbüsdür. Ticarətin sadələşdirilməsi İpək Yoluna imkan yaradır.

Bunu ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, bu qrup ATƏT-ə üzv dövlətlərin əməkdaşlığını vacib sayır:

Son illər ərzində Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı mühüm addımlar atılıb. Bu istiqamətdə atılan addımları müsbət qarşılayıram. Bu qrup fəal olmalıdır, böyüməlidir. Bu platforma regional nəqliyyat layihələrinə töhfə verə bilər. Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayır. Gələcək əməkdaşlıq üçün nəqliyyat infrastrukturunu inkişaf etdirməliyik. Azərbaycan özünü doğruldub, ölkədə siyasi sabitlik var. Bu, iqtisadiyyatın inkişafına təkan verir. Azərbaycan nəqliyyat layihələrinin mərkəzində yerləşir".

***

Hamının adından ev sahibi ölkəyə konfransın təşkili və qonaqpərvərliyə görə təşəkkür edən Monqolustanın Xarici İşlər naziri Soqbatar Damdin bildirib ki, ölkəsi Azərbaycanın bu layihəsini dəstəkləyib:

"Monqolustan tarixi İpək Yolunda əhəmiyyətli rol oynayıb. Bu yolda istifadə olunan heyvanlar Monqolustanda yetişdirilib. Prezident İlham Əliyev də monqol dövlətçiliyinə həsr olunmuş xatirə kitabında monqolların ticarətə böyük töhfələr verdiyini bildirmişdir. Asiyadakı bir çox kəşflər Avropada istifadə edilib. Monqolustan əlverişsiz şəraiti, dənizə çıxısının olmamasının mənfi tərəflərini İpək Yolu vasitəsilə aradan qaldırılıb. İpək Yolu sabitlik, sülh, iqtisadi inkişaf üçün mexanizm rolunu oynaya bilər. Biz burda gənc nəslin müxtəlif şəkildə öz ideyaları ilə iştirakını istəyirik".

Nazir bildirib ki, İpək Yolu sadəcə iqtisadi deyil, eyni zamanda, idman, mədəniyyət və turizm sahəsində də önəmli rol oynayır:

"ATƏT-in bu layihəsindən daha çox istifadə etmək, koordinasiyalı hərəkət etmək lazımdır".

 

Yazarlar