Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Sərnişindaşımada qanun pozuntusu - Video

  10
21:55 15-02-2018
Şriftin ölçüsünü dəyiş  

Sumqayıtdan Bakıya sərnişin daşıyan sürücü yolda sürət həddini aşıb. Paralel.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Quba magistralında qeydə alınıb.

 

Belə ki, 50 CH 116 dövlət nömrə nişanlı "Ford" markalı avtomobilin sürücüsü qanunun tələblərini kobud şəkildə pozub. Yolda sürət həddi 110 kmsaat müəyyən edildiyi halda, sürücü sərnişinlə dolu mikroavtobusu 130-140 km/saat sürətlə idarə edir.

 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt regional şöbəsinin rəisi Əhməd Rüstəmov bildirib ki, həmin sürücü qanunsuz olaraq fəaliyyət göstərir və onun barəsində ciddi tədbirlər görüləcək: "Qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtobus və mikroavtobuslara qarşı mütəmadi olaraq reyd keçirilir. Lakin qanunsuz olaraq sərnişin daşıyan sürücülərə yenə də rast gəlirik. Əgər Bakı Nəqliyyat Agentliyi həmin sürücüləri 20 Yanvar dairəsinə buraxmasa, onlar fəaliyyət göstərə bilməz, ölüm və xəsarətlə nəticələnən yol qəzaları da baş verməz".

 

Faktla bağlı araşdırma aparılır.


VIDEO

Yazarlar

Powered by Artild Agency