Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

ABŞ "Cənub Qaz Dəhlizi" layihəsinin icrasındakı irəliləyişdən razıdır

  7
20:35 15-02-2018
Şriftin ölçüsünü dəyiş  

“ABŞ "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsindəki irəliləyişdən razıdır. Biz həmişə Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün səylərini dəstəkləyirik”. Paralel.az xəbər verir ki, bunu Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının nazirlər iclasının yekununda mətbuat konfransı zamanı ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio bildirib.

 

ABŞ Dövlət Departamentinin rəsmisi bildirib ki, Avropanın enerji təchizatını şaxələndirmək cəhdləri güclü Avropanın mövcudluğunu təmin etmək üçün vacibdir: "Çünki, güclü Avropa bizə zəruri olan tərəfdaşdır. Biz bu tərəfdaşlarımızla üzləşdiyimiz çağırışlara qarşı birgə mübarizə apara bilirik. Təhlükəsizlik məsələsi isə ABŞ üçün prioritetlərdəndir. Düşünürəm ki, "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı işlər indiki kimi davam edərsə, bu həm beynəlxalq səviyyədə, həm də Avropa səviyyəsində təhlükəsizliyi təmin edəcək".


Yazarlar

Powered by Artild Agency