Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Qaz ixracatı Azərbaycan üçün prioritet olaraq qalır

  10
20:10 15-02-2018
Şriftin ölçüsünü dəyiş  

“Azərbaycan uzun illər ərzində özünü neft ölkəsi kimi göstərib. "Cənub Qaz Dəhlizi" kimi nəhəng layihəni həyata keçirməklə Azərbaycan iri qaz istehsalçısı və Avropaya iri qaz tədarükçüsü kimi tanınır. Azərbaycanın neft və qaz sahəsindəki strategiyası etibarlı tərəfdaş olaraq qalmaqdan ibarətdir”. Paralel.az xəbər verir ki, bunu "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının nazirlər iclasının yekununda mətbuat konfransı zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

P.Şahbazov qeyd edib  ki, qaz neftlə müqayisədə ekoloji cəhətdən daha təmiz məhsuldur: “Neftə tələbat bütün dünyada olduğu kimi, Avropada da artır. Bunu nəzərə alaraq qaz ixracatı ölkəmiz üçün prioritet məsələ olaraq qalır".

Qeyd edək ki, bu gün Bakıda, Heydər Əliyev Mərkəzində "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası işə başlayıb. Tədbirdə "Cənub Qaz Dəhlizi"nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç iştirak edirlər.


Yazarlar

Powered by Artild Agency