Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Şəhid atası: “Əkiz nəvələrim mənə oğlumdan yadigardır”  

  13
16:15 15-02-2018
Şriftin ölçüsünü dəyiş  

“Yaşar və Şahlar  yavaş-yavaş böyüyürlər. Şükürlər olsun ki, nəvələrimin ikisi də normaldır. Səhhətləri ilə bağlı da hər hansı problem yaranmayıb. Onlar hər birimizin diqqət və qayğısındadır”.

Bu sözləri Modern.az-a açıqlamasında 2017-ci ilin fevralında Füzuli-Xocavənd istiqamətində, Nərgiztəpə ətrafında düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçimiz Şahlar Nəzərovun atası Yaşar Nəzərov deyib.

Əkizlərin babası deyir ki, uşaqlar hələ balaca olsalar da, dəcəldirlər:

“Evə girən kimi ikisi də  qollarını açıb mənə tərəf qaçırlar, qucaqlamaq istəyirlər. Artıq kimin kim olduğunu hiss edirlər. Nəvələrimdən Yaşar nənəsini daha çox istəyir. Şahlar isə anasına düşkündür.

Əkizlərlə eyni evdə yaşamaq çox gözəl hissdir. Hətta mən onların yanından ayrılmamaq üçün gecələr də yatmaq istəmirəm. Nəvə baldan da şirindir. Belə balaları necə sevməmək olar? Həm də nəvələrim mənə övladımdan yadigardır. Bu ayın axırı 8 ayları tamam olacaq”.


Yaşar Nəzərov  əkizlərin daha çox təbii yeməklərlə qidalandığını bildirib:

“Amma  yumurta, toyuq supu kimi yeməklərdən də  az-az yeyə bilirlər. Ümumiyyətlə, həm qidalanmaları, həm də səhhətləri ilə bağlı hər şey qaydasındadır”.

Şəhid atası onları ziyarət edənlərdən də söz açıb:

“Ərazi nümayəndəmiz mütəmadi olaraq bizə baş çəkir. Həmçinin, Şahların dostları, tanışları, ümumiyyətlə qohum-əqrəba da bizimlə maraqlanır. Daha çox bayramlarda gəlib ziyarət edirlər.

Şahların hərbçi dostları, onun komandiri mütəmadi olaraq mənə zəng edib hal-əhval tuturlar.  Allah onların canını sağ eləsin”.


Qeyd edək ki, baş leytenant Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində dünyaya göz açıb. Hərbçimiz şəhid olmazdan 5 ay öncə ailə həyatı qurmuşdu. Şəhid Şahlar Nəzərov 2017-ci ilin fevralında həlak olub, doğulduğu kəndin qəbiristanlığında dəfn edilib.


Yazarlar

Powered by Artild Agency