Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Deputat Qubanın icra başçısının dəyişməsinə səbəb olan amillərdən DANIŞDI  

  6
13:55 15-02-2018
Şriftin ölçüsünü dəyiş  

“Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun ötən ilin yekunları ilə bağlı yazdığı məqalədə bir neçə vacib məsələlərə toxunub.  O bildib ki, Administrasiyaya daxil olan ərizələr sırasında  sosial müdafiə məsələləri, müvafiq əlillik dərəcələrinin, ünvanlı sosial yardımların, əlil arabalarının verilməsi, habelə xaricdə və respublikada müalicəyə kömək göstərilməsi, təhsil haqqının və kreditlərin ödənilməsində güzəşt edilməsi, ixtisara düşmüş işçilərin işlə təmin olunması, mənzillə təmin olunma, sığorta və ipoteka kreditlərinin verilməsi və s. məsələlər də var”.


Bunu Paralel.az-a Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin şikayətlərlə bağlı statistikasından danışarkən deputat Vahid Əhmədov deyib.

Deputat bildirib  ki,  vətəndaşların qəbulu Prezident Administrasiyasının daim diqqət mərkəzində saxladığı məsələlərdən biridir və bununla əlaqədar daxil olan müraciətlər müntəzəm olaraq öyrənilir.

Deputat Adminstrasiya tərəfindən bu istiqamətdə görülən işləri yüksək qiymətləndirdiyini qeyd edib.

 

“Materialdan göründüyü kimi, bu istqamətdə böyük işlər görülüb və müsbət nəticələr əldə edilib. Hesab edirəm ki, əhalini narahat edən məsələlərin vaxtında və obyektiv həlli xalqın dövlət başçısına və müxtəlif səviyyəli dövlət orqanlarına olan inamını möhkəmləndirir və artırır. Hesabatdan açıq şəkildə görünür ki, cənab Prezidentin xalqın qayğı və istəklərinə diqqətlə yanaşılması haqqındakı tövsiyə və göstərişləri hesabat dövründə diqqət mərkəzində olub”.

 

Deputat xatırladıb ki, məqalədə Bakı şəhərinin rayonlarından, habelə Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Cəbrayıl, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Quba, Neftçala, Saatlı, Salyan, Samux, Şəmkir, Tovuz, Yardımlı, digər şəhər və rayonlardan şikayətlərin sayının artığı qeyd edilib.

 

“Deputat seçildiyim Quba rayonundan Adminstrasiyaya daxil olan ərızə və şikayətlərin artmasını normal hal hesab etmirəm. Yerlərdə vətəndaşlarla iş düzgün qurulmalıdır, insanların qaldırdıqları məsələlərin həlli istiqamətində addımlar atılmalıdır. Mən bir neçə dəfə yerlərdə belə halların olması ilə bağlı məsələ də qaldırmışam. Müəyyən təkliflər vermişəm. Administrasiyaya ünvanlanan müraciətlərin artmasına səbəb ilk növbədə rayon İcra Hakimiyyətinin ötən dövr ərzində vətəndaşların müraciətləri ilə bağlı apardığı işi düzgün qurmaması, müraciətlərə laqeyd yanaşılması və vətəndaşların haqlı tələblərinin yerinə yetirilməməsi olub. Təmsil etdiyim rayonun rəhbərliyinin dəyişilməsində də heç təsadüfi deyil ki, bu kimi hallar nəzərə alınıb”.

 

V.Əhmədov deyib Administrasiyaya ünvanlanan ərizələr arasında təhsil haqqının və kreditlərin ödənilməsində güzəşt edilməsi məsələləri də var.

 

“Manatın gələcək taleyi ilə bağlı Mərkəzi Bankın sədri Elman Rüstəmovun proqnozu nikbindir. O deyib ki, dollarla verilən kreditlər diqqət mərkəzindədir. Hazırda bu məsələ üzərində iş gedir. Bizə də dollar-manatla verilən kreditlərlə bağlı insanlar tərəfindən müraciətlər olur. Bu məsələni banklara deyən zaman sağ olsunlar, bizə 30-40 faiz güzəşt edirlər. Hesab edirəm ki, dövlət gələcəkdə bu istiqamətdə də müəyyən addımlar atacaq. Təhsil kreditləri ilə bağlı məsələ tez-tez gündəmə gəlir. Azərbaycan cəmiyyətinin, xüsusən də tələbə-gənclərin uzun müddətdən bəri səbirsizliklə gözlədiyi məsələlərdən biri də "Təhsil kreditləri haqqında" qanunun qəbul edilməsidir. Bunu nəzərə alaraq biz deputat həmkarım Əli Məsimli ilə birlikdə qanun layihəsi hazırlayıb Milli Məclisə təqdim etmişik.
Maddi imkanları aşağı olan ailələrdən çıxan gənclər üçün belə kreditlərin aşağı faizlə əldə edilməsi olduqca zəruridir. Minlərlə tələbə təhsil haqqını ödəmək imkanının olmamasına görə akademik məzuniyyət alır və ya öz ərizəsi ilə universitetdən xaric edilir. Bu minlərlə gəncin təhsil almaq arzusundan məhrum olması deməkdir. Məhz bütün bunlara son qoyulması üçün "Təhsil kreditləri haqqında" qanunun qəbulunu vacib sayırıq”.


Yazarlar

Powered by Artild Agency