Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Qərbi Kaspi Universitetindən magistrlar üçün üçlü diplom layihəsi

  11
12:15 15-02-2018
Şriftin ölçüsünü dəyiş  

Qərbi Kaspi Universiteti ikili diplom proqramını daha bir tərəfdaşlıq layihəsi ilə üçlü diplom proqramına çevirib.

 

İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə birgə həyata keçirilən MBA proqramı ABŞ-ın Potomak Universiteti (University of Potomac)  ilə əməkdaşlıqla bir qədər də genişləndirilib.

 

Universitetin ikili diplom proqramında təhsil alan tələbələri üç istiqamətdən (Menecment, Marketinq, Bank işi və Maliyyə) birini seçib, əlavə 4 fənn keçməklə üçüncü diplom da əldə edə biləcəklər.

 

Qeyd edək ki, Potomak Universiteti 1989-ci ildə Vaşınqton şəhərində yaradılıb. Universitet Middle States Commission on Higher Education (Middle States Ali Təhsil Komitəsi) tərəfindən akreditasiyadan keçib.

 

Qeyd edək ki, beynəlxalq əməkdaşlıq, iki və çoxtərəfli layihələr baxımından uzunmüddətli təcrübəyə malik olan Qərbi Kaspi Universitetinin beynəlxalq şəbəkəsi 200-dən artıq təhsil müəssisəsini əhatə edir. Universitetin xaricdə təhsil layihəsi qısa və uzunmüddətli dövrdə xaricdə təhsil proqramlarında iştirak etmək imkanı yaradır. Hazırda Erasmus plyus və Mövlanə mübadilə layihələri çərçivəsində bu ali təhsil ocağının tələbələri dünyanın aparıcı universitetlərində təhsil ala bilirlər.

 


Yazarlar

Powered by Artild Agency