Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Yüz milyon insanın ölümünə səbəb ola biləcək vulkan aşkarlandı

  6
10:20 15-02-2018
Şriftin ölçüsünü dəyiş  

Yaponiyanın Kobe Universitetinin geoloqları Kyuşu adası yaxınlığında püskürəcəyi halda böyük faciəyə səbəb ola biləcək supervulkan aşkarlayıblar.

 

APA-nın “Scientific repots” nəşrinə istinadən verdiyi xəbərə görə, Yaponiya sahillərində aşkarlanmış həmin vulkan 34 kub/kilometr maqmaya sahibdir və 100 milyon insanın ölümünə səbəb ola bilər.

 

Bu vulkanın 7,3 min il əvvəl püskürərək Yaponiyanın cənubunda sivilizasiyasının məhvinə səbəb olduğu bildirilir.

 

Mümkün püskürmə Çin, Cənubi və Şimali Amerika sahillərinə çatacaq sunami meydana gətirə, vulkanın külü isə Yaponiyanın bəzi ərazilərində "vulkanik qış" yarada bilər. 

 

Lakin tədqiqatçılar vulkanın aktivləşmə ehtimalını 1% qiymətləndirirlər.


Yazarlar

Powered by Artild Agency