Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanda naməlum varlıqlar görüntüləndi  - Video

  6
00:50 15-02-2018
Şriftin ölçüsünü dəyiş  

Şabranda mağazaya quraşdırılan təhlükəsizlik kamerasına dövrə vuran naməlum işıq düşüb. Paralel.az “Xəzər TV”yə istinadən xəbər verir ki, kamera görüntüsünə baxan mağaza sahibi əvvəlcə içəri oğruların daxil olduğunu zənn edib. Ancaq görüntülərə tam baxdıqdan sonra bunun oğrular yox, hərəkətdə olan naməlum işıq olduğunu görüb.

Mağaza sahibi Məzahir Məmmədov deyir ki, hər gün axşam və səhər saatlarında evindən mağazada quraşdırılan təhlükəsizlik kamerası ilə içəridə oğurluq olub-olmamasına baxırmış. Elə bu hadisə də səhər saatlarında kamera görüntülərinə baxan zaman baş verib. Bundan sonra dərhal mağazaya gedən Məzahir Məmmədov içəri daxil olduqda orada naməlum işığın yox olduğunun şahidi olub. Məzahir Məmmədovun oğlu isə iddia edir ki, bu işıq yox, hansısa varlığın görüntüsüdür.

 

Hadisə şahidlərinin sözlərinə görə, görüntülərdə mağazada bir müddət dövrə vuran naməlum işıq bir neçə dəqiqədən sonra pəncərə tərəfdən yoxa çıxır.

 

Bəs görüntülərə düşən naməlum işıq nədir? Bunu hansısa naməlum varlıqla əlaqələndirmək olarmı?

 

Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun əməkdaşı Şölət Zeynalov bildirir ki, videogörüntülərdəki naməlum işığın hansısa varlıq olmasından söhbət belə gedə bilməz. Çünki bunun dində və elmdə heç bir fəlsəfi izahı yoxdur.


VIDEO

Yazarlar

Powered by Artild Agency