Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan nefti 63 dollaradək ucuzlaşdı

  11
23:25 14-02-2018
Şriftin ölçüsünü dəyiş  

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 13-də 63,69 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,1 dollar/barel azdır. Paralel.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 13-də 63,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,08 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 13-də 59 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,89 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 13-də 61,62 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,81 dollar/barel azdır.


Yazarlar

Powered by Artild Agency