Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“1000 məntəqədə veb-kamera quraşdırılacaq”

  8
17:50 14-02-2018
Şriftin ölçüsünü dəyiş  

“Seçki məntəqələrində veb-kameralın quraşdırılması məsələsi əsasdır. Yaxın vaxtlarda 1000 məntəqədə veb-kamera quraşdırılacaq. İndiyədək bu məsələdə problem olmayıb”.

Modern.az-ın məlumatına  görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

 

M.Pənahov bildirib ki, növbədənkənar prezident seçkilərində səsvermə günü - aprelin 11-də heç maneə olmadan proseslər veb-kameralarla izləniləcək.

 
“Həmin gün Mərkəzi Seçkiyə Komissiyasının saytına daxil olanların sayı çox olduğu üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi texniki dəstək verir”.

 

MSK sədri qeyd edib ki, prezidentliyə namizədliyi irəli sürülənlərə bərabər şərait yaradılacaq.


“Tərəfləri Seçki Məcəlləsinin tələblərinə riayət etməyə dəvət edirik. Arzu edirik ki, müraciət edənlərin hamısı qeydə alınsın”.

 


Yazarlar

Powered by Artild Agency