Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

İrfan Çiftçiyə Bəxtiyar Vahabzadə Mükafatı təqdim olunub  

  8
17:40 14-02-2018
Şriftin ölçüsünü dəyiş  

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri İrfan Çiftçi Azərbaycan Yazıçılar Birliyinin Bəxtiyar Vahabzadə Beynəlxalq mükafatına layiq görülüb.

Paralel.az xəbər verir ki, İrfan Ciftçiyə bu mükafatı “Azərbaycan-Türkiyə ədəbi əlaqələri” layihəsi çərçivəsində keçirilən tədbirdə AYB-nin sədri, Xalq yazıçısı Anar təqdim edib. Anar onun iki ölkənin mədəni-ədəbi əlaqələrinin inkişafında göstərdiyi səyləri xüsusi vurğulayaraq bildirib ki, müşavir vəzifəyə təyin edildiyi bir il müddətində İ.Ciftçinin keçirdiyi müxtəlif layihələr, tədbirlər qardaş ölkələr arasında ədəbi əlaqələri daha da möhkəmləndirib. Bu zaman müddətində azərbaycanlı yazarların Türkiyədə, türkiyəli yazarların isə Azərbaycanda kitabları nəşr olunub, görüşlər təşkil edilib, poeziya və nəsr nümunələrindən ibarət antologiyalar hazırlanıb. Anar İ.Ciftçinin məhz ölkələrimiz və xalqlarımız arasında ədəbi əlaqələrin möhkəmlənməsinə verdiyi töhfələrə görə Bəxtiyar Vahabzadə Beynəlxalq mükafatına layiq görüldüyünü vurğulayıb.

Bu mükafatın onun həyatında önəmli yeri olduğunu deyən İ.Ciftçi ona göstərilən bu diqqətə görə, başda AYB sədri Anar olmaqla, hər kəsə öz təşəkkürünü bildirib. Müşavir iki qardaş ölkənin mənəvi sərvətlərinin tanıdılması yönündə bundan sonra da əzmlə çalışacağını deyib.

 

 


Yazarlar

Powered by Artild Agency