Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Qaçqınkom” Əli Həsənovla bağlı müzakirələrə reaksiya verdi  

  8
16:00 14-02-2018
Şriftin ölçüsünü dəyiş  

Moderator.az saytı 12 fevral 2018-ci il tarixdə  “Ermənilərin canına yağ kimi yayılacaq açıqlama: "Guya bizim xalqlar arasında düşmənçilik var" adlı yazı yerləşdirib.

 

Yazıda bildirilir ki, Əli Həsənov  İsveç Krallığının xarici işlər naziri Marqot Vallströmlə görüşdə deyib: 

“Bu, ədalətsizlikdir. Bütün bunlara baxmayaraq, Azərbaycan və Ermənistan xalqları düşmən deyil. Amma dünyaya yayırlar ki, guya bizim xalqlar arasında düşmənçilik var. Bu, belə deyil. Bunu da yayan 200 ildir mövcud olan erməni diasporudur”.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti məsələ ilə bağlı açıqlama verib.

 

Mətbuat xidmətindən Paralel.az-a verilən məlumata görə, qurum tərəfindən Moderator.az saytı ilə əlaqə saxlanılb. Bildirilib ki, bu görüş 2016-cı ildə olub. 

Mətbuat xidməti həmin görüşdə səslənən fikirləri isə qeyd edib:

 

"Baş nazirin müavini Əli Həsənov deyib:  “ATƏT-in Minsk Qurupunun Həmsədrləri hər yeniləri seçiləndə bir ideya atırlar ortaya və bunu da müzakirə edə-edə müddətlərini başa vururlar. İndi də, yeni bir fikir atıblar ortaya ki xalqlar arasında qarşılıqlı etimad yaratmaq lazımdır.  Biz 200 il qonşuluqda yaşamışıq. Məgər etimad olmayıb? Olub. Bu düşmənçiliyi yaradanlar Ermənistanın separatist faşist rejimi və himayədarıdır...” ardı isə saytda dərc olunan kimidir.

 

Bu barədə Moderator.az saytının rəhbəri ilə əlaqə saxladıq və onlar həmin yazını saytlarından çıxartdılar. Lakin, təəssüflər olsun ki, bir sıra saytlar bu yazının ətrafında müzakirələr açır, bəziləri isə öz çirkin niyyətlərini ifadə edirlər. Hesab edirik ki, belə ədalətsiz və məqsədli yanaşma yol verilməzdir".

 

 


Yazarlar

Powered by Artild Agency