Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

ABŞ Suriyada rus muzdlularını belə məhv edib - FOTOLAR

  10
16:00 14-02-2018
Şriftin ölçüsünü dəyiş  

CNN “rus muzdluları”na endirilmiş zərbələrin görüntülərini yayımlayıb.

 

Paralel.az xəbər verir ki, CNN telekanalı Beynəlxalq Koalisiyanın fevralın 7-də Suriyanın şimalına endirilmiş artileriya zərbələrinin görüntülərini yayımlayıb. Açıqlamada artileriya zərbələri zamanı 100 nəfərin həlak olduğu bildirilir. Ölənlərin arasında rus muzdlularından ibartə “Vaqner” özək hərbi şirkətinin döyüşçülərinin olduğu da bildirilir.

 

Qeyd edək ki, bu barədə bir çox infomasiya mənbələrində məlumat təqdim olunub. Firat çayı vadisində artileriya zərbələri zamanı ölənlərin arasında rus muzdlularının da ola biləcəyini keçən həftə CBS telekanalı açıqlayıb. Eyni zamanda “Blomberg” agentliyi də fevralın 13-də bu barədə xəbər verib. Hadisədən sonra “Conflict Intelligence Team” zərbələr zamanı öldürülmüş 4 rus hərbçisinin adlarını açıqladı.

 

Dünən fevralın 13-də jurnalistlərə açıqlamasında rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov suriyada Rusiya Federasiya Hərbi Qüvvələrindən başqa suriya ordusu tərəfdən savaşan rus vətəndaşlaırının olması ilə bağlı heç bir informasiyaya sahib olmadıqlarını bildirib. Onun sözlərinə görə hal-hazırda həmin ərazidə yəni, Dəyrəz-zor ərazisində heç bir rus hərbçisi xidmət keçmir.

Görüntülərdə bir neçə T-72 tanklarının və canlı qüvvənin dəqiq artileriya zərbələri ilə məhv edilməsi diqqət çəkir.

 

Əvəz ZEYNALOV


Yazarlar

Powered by Artild Agency