Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Mətbuat Şurası qurultayı ilə bağlı məlumat yaydı – 25 fevral son tarixdir

  8
15:20 14-02-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan jurnalistlərinin VII qurultayına hazırlıq işləri davam edir. Bu haqda Modern.az-a Mətbuat Şurasından bildirilib.

 

Bildirilib ki, Mətbuat Şurasına üzv təşkilatlar Şuranın İdarə Heyətinin tərkibini müəyyənləşdirmək məqsədilə irəli sürdükləri namizədlərin və qurultayda iştirak edəcək nümayəndələrinin adlarını təqdim edirlər.

 

Qurultaya hazırlıq işlərini intensivləşdirmək üçün namizədlərin və nümayəndələrin adlarının təqdim edilməsinin 25 fevral 2018-ci il tarixinədək yekunlaşdırılması qərara alınıb.

 

Buna görə də bütün üzv təşkilatlardan həmin tarixədək üzərinə düşən öhdəliyi yerinə yetirmələri xahiş olunur.

 

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VII qurultayı mart ayının 10-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək.

 


Yazarlar

Powered by Artild Agency