Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Nazirlik Mədəniyyət Evini satır – 65 minə

  9
15:01 14-02-2018
Şriftin ölçüsünü dəyiş  

Mədəniyyət və Turizm Nazirliyi balansında olan və uzun illərdir fəaliyyət göstərməyən kənd klublarını satışa çıxarıb.

Kult.az xəbər verir ki, Əmlak Məsələləri Dövlər Komitəsi ikinci dəfədir ki, nazirliyin satmaq istədiyi kənd klubları ilə bağlı hərrac təşkil edir. Budəfəki hərrac 13 mart tarixinə təyin edilib.

Hərracda ümumilikdə 4 müxtəlif rayonda olan istifadəsiz kənd klubları özəlləşdiriləcək. Satışa təqdim edilən əmlaklar Ağdaş, Gəncə və Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan kənd klublarıdır.

Ağdaş rayonunda olan Bulaqotağı kənd klubu 8000, Goranboy rayonunda olan Səmədabad kənd klubu 4000, Səfikürd kənd klubu isə 10.350 manata təqdim edilib.

Özəlləşdirməyə təqdim edilən kənd klubları və mədəniyyət evi üçün ən yüksək satış qiyməti Nərəcan Mədəniyyət Evinə müəyyən edilib. Xaçmazda yerləşən bu əmlakın ilkin satış qiyməti 64.900 manatdır.

 

Yazarlar

Powered by Artild Agency