Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“YPG PKK-nın Suriya qanadıdır” – ABŞ kəşfiyyatının yeni HESABATI

  6
13:40 14-02-2018
Şriftin ölçüsünü dəyiş  

ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru Daniel Koutsun 13 fevral tarixində Konqresə təqdim etdiyi hesabatda Suriyadakı YPG qruplaşmasının PKK ilə sıx əlaqələrə malik olduğu bildirilir.

 

Paralel.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hesabata Türkiyədən ilk reaksiya ədliyyə naziri Əbdülhəmid Güldən gəlib. Türkiyənin ABŞ konqresinə təqdim etdiyi hesabatda terror təşkilatı olan YPG-nin PKK ilə yaxın əlaqədə olduğu və muxtar bir bölgə axtarışında olduğu ifadə edilib. Hesabatda bildirilir ki, YPG PKK-nın Suriyadakı qoludur. Əbdülhəmid Gül hesabat haqqında danışarkən bunları deyib: “ ABŞ-dakı bəzi qurumlarda bu haqda məlumat da var. Bu, heç kimə sirr deyil. Bütün bu məsələlərə ABŞ Xarici İşlər Naziri ilə bir daha baxılacaq”.

 

ABŞ-ın Milli Kəşfiyyat Direktoru Daniel Kouts Konqresə təqdim etdiyi 13 Fevral 2018-ci il tarixli "Dünyada təhdidin dəyərləndirilməsi” adlı hesabatının Yaxın Şərq bölməsində belə deyilirdi: “YPG - PKK-nın Suriyadakı dəstələri - yəqin ki, bir növ müstəqillik axtarışına girəcək, ancaq Rusiya, İran və Türkiyənin müqaviməti ilə qarşılaşacaqlar". 


Yazarlar

Powered by Artild Agency