Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Sürüşmə zonasındakı araşdırmanın nəticələri Nazirlər Kabinetinə göndərildi  

  6
13:40 14-02-2018
Şriftin ölçüsünü dəyiş  

Bayılda aparılan araşdırmalar, buruq-qazma, tomoqrafik işlər, laborator müayinələrin yekun nəticələr fevralın 13-də Nazirlər Kabinetinə təqdim edilib.

 

Bunu Paralel.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

 

Ə.Qaralov deyib ki, hazırda Bayıl sürüşmə zonası aktiv fazadadır:

 

“Aparılan araşdırmaların nəticəsinə Nazirlər Kabinetində baxılacaq və müvafiq qərar qəbul olunacaq”.

 

Nazirlik rəsmisinin sözlərinə görə, ərazidə hər hansı infrastruktur salınması yolverilməzdir:

 

“Ərazidə 30 metrlik yarğanlar əmələ gəlib, aktivlik hələ də davam edir. Ümumiyyətlə, Bayıl yamacını yükləmək, orada tikinti aparmaq bir dəfəlik qadağan olunmalıdır. Ərazi qorunmalıdır”.

 

 


Yazarlar

Powered by Artild Agency