Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Rəqabət Məcəlləsinin qəbul edilməməsi bizi də, sahibkarları da narahat edir”  

  10
12:45 14-02-2018
Şriftin ölçüsünü dəyiş  

“Manatın gələcək taleyi ilə bağlı Mərkəzi Bankın sədri Elman Rüstəmovun proqnozu nikbindir. Həmçinin, Elman müəllim deyib ki, dollarla verilən kreditlər diqqət mərkəzindədir. Hazırda bu məsələ üzərində iş gedir. Bizə də dollar-manatla verilən kreditlərlə bağlı insanlar tərəfindən müraciətlər olur. Bu məsələni banklara deyən zaman sağ olsunlar, bizə 30-40 faiz güzəşt edirlər”.

Paralel.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadiq siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, dünən Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Vergilər. Şəffaflıq. İnkişaf" konfransı keçirilib.

“Vergilər nazirinin qarşısında çox böyük vəzifələr durur. Dünən vergilər naziri bəzi xoşagəlməz halların aradan qaldırılması ilə bağlı çıxış etdi. Ümid edirəm ki, bu məsələlər özünün müsbət həllini tapacaq”.

Vahid Əhmədov hər zaman həmkarı Əli Məsimli ilə Rəqabbət Məcəlləsinin qəbulu ilə bağlı məsələni qaldırdığını deyib.

“Rəqabət Məcəlləsinin qəbul edilməməsi bizi narahat edir. Sahibkarları da narahat edir. Bu Məcəllənin qəbulu Strateji Yol xəritəsində də öz əksini tapıb. Amma Milli Məclisin yazı sessiyasının gündəliyinə yenə salınmayıb. Biz bütün hissələrdə şəffalığı bərpa etməliyik. Belə hesab edirəm ki, 2018-ci ildə 2017-ci illə müqayisədə iqtisadi inkişafda müəyyən artım gözləniləndir”.


Yazarlar

Powered by Artild Agency