Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Fransa prezidenti Bəşər Əsədi HƏDƏLƏDİ

  9
11:40 14-02-2018
Şriftin ölçüsünü dəyiş  

Fransa prezidenti Emmanuel Makron Suriyada sivil vətəndaşlara qarşı kimyəvi silahdan istifadə edildiyi sübut olunacağı təqdirdə, həmin yeri vuracaqlarını açıqlayıb.

 

Modern.az-ın xarici KİV-lərə istinadən xəbərinə görə, Makron çıxış edərək bildirib ki, Bəşər Əsəd rejiminin vətəndaşlara qarşı kimyəvi silahdan istifadə etməsi Fransa üçün “ qırmızı xətt”dir.

 

“Hələ ki, Əsəd rejiminin kimyəvi silahlardan istifadə etdiyi sübut olunmayıb. Ancaq bu məsələ ciddi şəkildə araşdırılacaq”-deyə o bildirib.

 

Xatırladaq ki,Suriya İnsan Hüquqları Təşkilatı Əsəd rejiminin indiyə kimi 211 dəfə mülki yaşayış məntəqələrinə hücum etdiyini, 1357 nəfəri mülki vətəndaş olmaqla 1421 nəfəri öldürdüyünü açıqlamışdı.

 


Yazarlar

Powered by Artild Agency