Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakı məktəblərində təhsil alan əfqanıstanlı, iraqlı, pakistanlı, iranlı şagirdlər...  

  14
11:40 14-02-2018
Şriftin ölçüsünü dəyiş  

Bakı məktəblərində təhsil alan əcnəbi şagirdlərin sayı nə qədərir? Paytaxtın təhsil ocaqlarında əsasən hansı ölkələrdən olan uçaqlara rast gəlmək olar?

Bakı şəhəri Təhsil İdarəsindən Paralel.az-ın sorğusuna cavab verilib:


“Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində 960 nəfərə yaxın əcnəbi (miqrant) şagird təhsil alır. Paytaxtın bir sıra orta məktəblərində Türkiyə, Hindistan, Əfqanıstan, İran, İraq, İsrail, Qazaxıstan, Latviya, Litva, Moldova, Özbəkistan, Pakistan, Qırğızıstan, Slovakiya, Suriya, Türkmənistan, Ukrayna və daha çox isə Rusiya və Gürcüstan vətəndaşları təhsil alırlar.  

Bundan əlavə, “Mədəniyyətlərarası Mübadilə Proqramları” çərçivəsində Viki Leoni Sofiya (Almaniya) 82 nömrəli tam orta məktəbdə, Volf Kristina (Almaniya) 252 nömrəli məktəb-liseydə, Çuda Zuzana (Slovakiya) isə 160 nömrəli Klassik Gimnaziyada təhsillərini davam etdirir”.


İdarədən o da bildirilib ki, əcnəbi şagirdlər Azərbaycana xas olan mədəni dəyərlərə də yiyələniblər.

“Əcnəbi şagirdlərin maraqlarına əsasən, onlar məktəb daxilində könüllü əsaslarla rəqs, rəsm dərnəklərinə cəlb olunur, yeni dostlar qazanırlar. Həmçinin, şagirdlər Azərbaycan mədəniyyəti ilə yaxından tanış olur, xüsusilə Azərbaycan dilini, milli rəqsləri sevərək öyrənirlər”.

 

 


Yazarlar

Powered by Artild Agency