Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

BMT Azərbaycan hökuməti ilə danışıqlara BAŞLAYIR

  12
11:05 14-02-2018
Şriftin ölçüsünü dəyiş  

“Hal-hazırda biz Azərbaycan hökuməti ilə bir sıra layihələr üzərində işləyirik. Bununla bağlı layihələr üzrə bir sıra tədbirlər görülməkdədir”.

 

Paralel.az xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Rezident Əlaqələndiricisi Qulam İsaqzai BMT-nin inkişaf Proqramının təşkil etdiyi “İnteqrqaiya, sürətləndirmə və siyasət dəstəyi”(MAPS) hesabatı üzrə məsləhətləşmə seminarında deyib.

 

O bildirib ki, BMT-nin hazırda əsas məqsədi həmin işlərin həyata keçirilməsidir.

“Bu baxımdan Azərbaycan hökümətinə əlimizdən gələn yardımı etməyə çalışırıq. Məqsədimiz budur ki,  Azərbaycan dayanıqlı inkişaf məqsədlərinindən irəli gələn bütün işləri həyata keçirsin.

 

Gələn 13 il ərzində, bildiyiniz kimi gündəlik 2030-cu ilə qədər nəzərdə tutulub, bu iş aparılmalıdır. Həmin vaxtdan iki il keçib və biz çalışırıq ki, bu prioritetlərdən irəli gələn işləri həyata keçirək”.

 

Daha sonra seminar barədə məlumat verən Qulam İsaqzai deyib ki, keçirilən məsləhətləşmələrdə hökumət üzvləri, müxtəlif nazirliklərin nümayəndələri, özəl sektorun təmsilçiləri, o cümlədən BMT danışıqlar aparacaq.

 

“Təbii ki, bu görüş zamanı biz çalışacağıq ki, dayanıqlı inkişaf məqsədlərindən irəli gələn hədəfləri öz aramızda müəyyənləşdirək. Bununla bağlı hansı müvafiq siyasətin yürüdülməsi, hansı seçimlərin edilməsi ilə əlaqədar fikir mübadiləsi aparacağıq. Hesab edirik ki, bu işlərin həyata keçirilməsi Azərbaycan cəmiyyətinə, əlilliyi olan şəxslərə,  qadın və uşaqlara, o cümlədən gənclərə labüd olan proqrqmlardır.

 

Bu proqramlarda həm kənd yerində həm də şəhər yerində yaşayan əhali nəzərdə tutulub. Beləliklə biz bir ölkənin bütövlükdə inkişafına töhfə vermiş oluruq. Həm səhiyyə sahəsi, həm təhsil sahəsi, həm su təchizatı, həm də elektroenergetika sahəsi də nəzərdə tutulur ki, bu da dayanıqlı inkişaf məqsədlərinin təməl daşını əks etdirir”.


Yazarlar

Powered by Artild Agency