Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Tələbə  “Azerspace-2” peykinin orbitə buraxılmasında iştirak edəcək

  14
10:00 14-02-2018
Şriftin ölçüsünü dəyiş  

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi “Azərspace-2” peykinin orbitə buraxılması mərasimində iştirak edəcək və ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu hadisənin canlı şahidi olacaq. Azərbaycan Respublikasının sayca üçüncü peyki olacaq “Azerspace-2” peykinin buraxılması cari ilin aprel ayında  Fransız Qvianasında yerləşən Kuru kosmodromunun Qviana Kosmik Mərkəzində baş tutacaq.

 

BANM-ın rektoru Elmar Qasımov Ali Məktəbin tələbəsinin ölkə üçün tarixi əhəmiyyətli mərasimdə - “Azerspace-2” peykinin orbitə buraxılmasında iştirakı üçün dəvət aldığına görə “Azərkosmos” ASC-nin rəhbərliyinə təşəkkür edib və onun bütün heyətinə uğurlar diləyib.

BANM ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında olan qarşılıqlı əməkdaşlıq çərçivəsində bu böyük tədbirdə iştirakı nəzərdə tutulmuş tələbə Ali Məktəbin  “Neft-qaz mühəndisliyi” ixtisasının üçünçü kurs tələbəsi olan Fərdin Vətənidir.BANM-a 690 balla daxil olan Fərdin Vətəni Ali Məktəbin aktiv sosial-ictimai fəaliyyəti ilə fərqlənən tələbələrindəndir.

 

BANM ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti arasında olan qarşılıqlı əməkdaşlıq çərçivəsində bu böyük tədbirdə iştirakı nəzərdə tutulmuş tələbə Ali Məktəbin  “Neft-qaz mühəndisliyi” ixtisasının üçünçü kurs tələbəsi olan Fərdin Vətənidir.  BANM-a 690 balla daxil olan Fərdin Vətəni Ali Məktəbin aktiv sosial-ictimai fəaliyyəti ilə fərqlənən tələbələrindəndir, eyni zamanda Prezident təqaüdçüsüdür.

 

Qeyd edək ki, 2013-cü ildə ilk peykinin orbitə çıxarılması ilə Azərbaycan dünya kosmik klubunun üzvünə çevrilmiş və ölkəmizdə kosmik sahənin əsası qoyulub.

 


Yazarlar

Powered by Artild Agency