Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Çobanlar arasında qanlı dava

  9
00:00 14-02-2018
Şriftin ölçüsünü dəyiş  

Biləsuvar rayonunda çobanın bıçaqlanması ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb. Paralel.az "Report"a istinadən xəbər verir ki, 30 yaşlı Davud Bayramovu onun həmkəndlisi, 17 yaşlı Yardımlı rayon Alar kənd sakini Murad Şahverənov bıçaqlayıb.

Məlumata görə, M.Şahverənovun mal-qarası D.Bayramova məxsus fermanın ərazisinə girib. Buna görə də D.Bayramov M.Şahverənovu döyüb. Nəticədə də M.Şahverənov D.Bayramovu kürək nahiyəsindən bıçaqlayıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.

 

Yardımlı rayonunun Alar kəndindən olan hər iki çoban Biləsuvarın Səmədabad kəndində yerləşən fermada çobanlıq edirlər.

 

Faktla bağlı araşdırma aparılır.


Yazarlar

Powered by Artild Agency