Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

11-ci sinif şagirdinin qətlinin təfərrüatları - Yenilənib

  16
22:10 13-02-2018
Şriftin ölçüsünü dəyiş  

Gəncə şəhərində 11-ci sinif şagirdinin digər məktəbli tərəfindən qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. Paralel.az "Report"a istinadən xəbər verir ki, qətli törədən 2001-ci il təvəllüdlü Gəncə şəhər sakini Tağıyev Tural İsmayıl oğlu 39 saylı yerli orta məktəbin Rus bölməsinin 10-cu sinif şagirdidir.

 

Həmin məktəbin direktoru Nizami Rzayevin bildirdiyinə görə, hadisə baş verən günü o, dərsə gəlməyib:

"O, bu gün dərsə gəlməyib. Müəllimi bununla bağlı uşağın valideynlərinə zəng etdikdə, onlar övladlarının həvəskar futbolla məşğul olduğunu və yəqin məşqə getdiyini, sonradan isə onun qətl törədiyini eşitdiklərini bildiriblər".

 

Qətlə yetirilən 2001-ci il təvəllüdlü Gəncə şəhər sakini Bağırov Elnur Həsən oğlu isə 42 saylı yerli orta məktəbin Azərbaycan dili bölməsinin 11 A sinifinin şagirdidir.

 

Məktəb direktoru Naidə İsgəndərova E.Bağırovun son 5 gün ərzində dərsə gəlmədiyini deyib:

"Ümümiyyətlə davamiyyəti zəif şagird idi. Hər gün olduğu kimi, bu gün də, sinif müəlliməsi evlərinə zəng edib, lakin telefona cavab verən olmayıb. Günorta saatlarında xəstəxanadan məktəbə xəbər gəldi ki, bəs sizin şagird Elnur Bağırovu bıçaqlayaraq öldürüblər. Hazırda biz də hadisənin hansı səbəbdən törədildiyini bilmirik. Sinif yoldaşları onun kiminləsə bir probleminin olduğunu eşitməyiblər. Hər kəs kimi bizdə hüquq-mühafizə orqanlarının əməkdaşlarının araşdırmasını gözləyirik ki, səbəbini bilək".

 

Direktor onların ailədə iki qardaş olduqları, maddi vəziyyətlərinin aşağı olduğunu əlavə edib. N.İsgəndərovanın sözlərinə görə, E.Bağırov onların məktəbinə 9-cu sinifdən gəlib və bu illər ərzində kiminləsə mübahisəsi olmayıb.

 

Hazırda faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

 

19:51

 

Gəncədə 17 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanılıb. Modern.az-ın APA-ya istinadən məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində məlum olub ki, şəhər sakini, 2001-ci il təvəllüdlü Bağırov Elnur Həsən oğlunu onun həmyaşıdı, 2001-ci il təvəllüdlü Tağıyev Tural İsmayıl oğlu qətlə yetirib.

Cinayəti törədən şəxs saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Yazarlar

Powered by Artild Agency