Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“AN-148”in qəzaya uğrama səbəbi açıqlandı  

  11
20:55 13-02-2018
Şriftin ölçüsünü dəyiş  

“AN-148”in qəzaya uğrama səbəbi açıqlanıb. Modern.az xəbər verir ki, Beynəlxalq Aviasiya Komitəsinin məlumatına görə,  “Saratov Hava Yolları”na məxsus “AN-148” təyyarəsinin qəzaya uğramasının əsas səbəbi ötürücü cihazların buz bağlaması olub.

 

Beynəlxalq Aviasiya Komitəsinin məlumatında daha sonra bildirilir ki, ilkin analizlərin nəticələri məlumdur: “Uçuş zamanı qəza vəziyyətinin yaranmasına tam təzyiq qəbuledicisinin qızdırıcı sisteminin işə düşməməsi və qəbuledicinin buz bağlaması üzündən pilotların indikatorunda uçuşun sürətinin səhv göstərilməsi səbəb olub. Qara qutuda “AN-148”əvvəlki 15 uçuşu barədə məlumatlar saxlanılıb. Bu məlumatlara görə, əvvəlki uçuşlarda qızdırıcı sistem təyyarə göyə qalxandan dərhal sonra işə salınıb”.

Qeyd edək ki, qəza nəticəsində təyyarədə olan 65 sərnişin və 6 ekipaj üzvü həlak olub.


Yazarlar

Powered by Artild Agency