Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Çıxışım bəzi saytlar tərəfindən təhrif olunmuş şəkildə çatdırılıb”- Ziyad Səmədzadə

  11
20:30 13-02-2018
Şriftin ölçüsünü dəyiş  

“Vergilər Nazirliyinin təşkil etdiyi “Vergilər, şəffaflıq, inkişaf” adlı konfransdakı çıxışımda səsləndirilən faktlar bəzi saytlar tərəfindən təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırılıb. Mənim son 15 ildə bütün çıxışlarımda, yazdığım əsərlərdə, məqalələrdə, beynəlxalq tədbirlərdə Azərbaycanda aqrar sektorun davamlı və keyfiyyətli inkişafı istiqamətində dövlətin atdığı uğurlu addımlar konkret faktlarla əsaslandırılıb. Hesab edirəm ki, kənd təsərrüfatı sektorunun torpaq vergisindən başqa digər vergilərdən azad olunması çox aktual və çox vacib bir tədbirdir ”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

 

Ziyad Səmədzadənin sözlərinə görə, Azərbaycan dövlətinin kənd təsərrüfatına dəstəyi düzgün bir siyasətdir: “Hesab edirəm ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı, respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından atılan bu uğurlu addım dövlət başçısının qeyd etdiyi kimi bundan sonra da davam etdiriləcək”.


Yazarlar

Powered by Artild Agency