Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakıda saxlanılan hindistanlı miqrantlarla bağlı rəsmi məlumat yayıldı

  18
18:10 13-02-2018
Şriftin ölçüsünü dəyiş  

Dövlət Miqrasiya Xidməti (DXM) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində ölkədə qeyri-qanuni yaşadıqları aşkar edilmiş və Xidmətin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirlimiş Hindistan vətəndaşlarının saxlanma şəraiti barədə bəzi xəbər saytlarında həqiqətə uyğun olmayan məlumatlar dərc edilib.



Bununla bağlı “Azərtac” informasiya agentliyinin foto, video çəkiliş qrupu və jurnalistləri Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə dəvət ediliblər. Mətbuat nümayəndələri Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, adından məlumat yayılmış Hossain Abdulla ilə görüşüb və ondan müsahibə götürüblər.


“Dövlət Miqrasiya Xidməti olaraq bəyan edirik ki, Hindistan vətəndaşları Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində 6 nəfər olmaqla saxlanırlar. Onlar gündə üç dəfə normal qida ilə təmin edilirilər və xidmət personalından hər hansı şikayətləri yoxdur” – deyə DXM-nin mətbuat xidmətindən Paralel.az-a verilən məlumatda bildirilib.


“Ümumiyyətlə, Qanunsuz Miqrantların Saxlanılması mərkəzlərində yaradılmış şərait beynəlxalq standartlara tam cavab verir və bu mərkəzlərdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının qorunması üçün bütün zəruri tədbirlər görülüb. Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uliyam Leysi Svinq Azərbaycana səfəri zamanı bu mərkəzlərdə yaradılmış şəraiti çox yüksək qiymətləndirib”.


Yazarlar

Powered by Artild Agency