Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Yola beton qoyublar, əlillər haradan keçsin?” – Deputatdan TƏNQİD

  11
17:55 13-02-2018
Şriftin ölçüsünü dəyiş  

“Bu qanun layihəsi son dərəcə vacibdir. Hadi müəllim (Hadi Rəcəbli) əlilliyinin sayının azalmasında ölkədə aparılan profilaktik tədbirləri göstərdi. Lakin hesab edirəm ki, bu 2 il əvvəl Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindəki dəyişikliklərlə bağlıdır”.

 

Paralel.az-ın məlumatına görə,deputat  bunu Fazil Mustafa “Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı deyib.

 

“Nazirlikdə iki il əvvəl edilən dəyişikdən sonra, onlar da əvvəllər əlilliyin sayının artmasının qarşısını almaq üçün bürokratik əngəllərdən istifadə edildiyini etiraf etdilər”-deyə o bildirib.

 

“Bizdə artımın olmaması əlillərin hüquqlarının tanınmaması ilə əlaqələndirildi. Son iki ildə tibbi komissiyada bu məsələ həllini tapdı”.

 

Deputat uşaq əlillərin bütün müəssisələrdə müalicəsinin pulsuz olması maddəsi əlavə edilməli olduğunu qeyd edib.

 

“Bununla yanaşı ölkəmizdə ictimai nəqliyyat, təhsil məsələsində də əlillərin problemləri həll edilməlidir. Bəzi ictimai nəqliyyat növlərinin ləğv edilməsi əlillərin işini çətinləşdirib. Bakıda metro tikintisi ləng gedir, bu həm də dövlər büdcəsindən bu sahəyə ayrılan vəsaitin azalması ilə də bağlıdır.

 

Millət vəkili olduğum Sabunçu rayonu Bakıxanov qəsəbəsində uzun illərdir metro tikintisi gündəmdə olsa da, hələ də bu məsələ yarımçıq qalır.

 

Metro tikintisi hələ bir neçə il gecikəcək ki, bu da əlillərin işini çətinləşdirir. Əlillərin metroya daxil olması bu gün ciddi problemdir. Bəzi keçidlərdə bir neçə qatlı pilləkənlərdir, yolun ortasında isə betonlar yerləşdirilib. Əlillər haradan keçməlidir? Eşitmə qabiliyyətində çətinlik yaşayan əlillər üçün dövlət büdcəsindən maliyyələşən surdotərcüməçilər olmalıdır”.


Yazarlar

Powered by Artild Agency