Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

AMİP də seçkidə iştirakdan imtina etdi

  12
17:45 13-02-2018
Şriftin ölçüsünü dəyiş  

Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının növbəti iclası keçirilib.

 

Partiyadan Paralel.az-a verilən məlumata görə, 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın iştirak məsələsi iclasın müzakirəsinə çıxarılıb.

Geniş və hərtərəfli müzakirələrdən sonra AMİP Siyasi Şurası 11 apreldə keçiriləcək növbədənkənar seçkilərdə partiyanın iştirakını məqsəduyğun saymayıb.

 

Bildirilib ki, hazırki qeyri-bərabər rəqabət mühiti, seçki komissiyalarının hakimiyyətin tam nəzarətində olması və partiyanın maliyyə resuruslarının məhdudluğu AMİP-in prezident seçkilərində iştirakına imkan vermır. 

 

AMİP Siyasi Şurası hesab edir ki, ölkədə seçkilərə münasibətin müsbət istiqamətə dəyişməsi və demokratik mübarizə şəraitinin yaradılması Azərbaycanın beynəlxalq imicini daha da məhkəmləndirə bilər. AMİP bu məsələlərlə əlaqədar ölkədə fəaliyyət göstərən bütün siyasi təşkilatlarla müzakirələr aparmağa və əməkdaşlığa hazır olduğunu bəyan edir. 

 


Yazarlar

Powered by Artild Agency