Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Tanınmış astronavtdan İlon Maska İTTİHAM: “Reallıqdan uzaqlaşıb”

  13
16:45 13-02-2018
Şriftin ölçüsünü dəyiş  

Amerikalı astronavt Uilyam Anders İlon Maskı tənqid edib. Modern.az saytının xarici KİV-ə istinadən məlumatına görə, astronavt bildirib ki, İlon Mask  tamamilə reallıqdan uzaqlaşıb”

 

1968-ci ildə “Apallon 8”in heyyətində Marsa aya uçan 84 yaşlı Anders Maskın Mars missiyası ilə bağlı planlarını sadədə gülməli hesab edir.

“Marsa uçuş NASA-nın və Maskın açıqlamalarından daha çətin olacaq” – deyə astronavt qeyd edib.

Onun sözlərinə görə uzunmüddətli uçuşlar zamanı ən böyük problem - kosmik şüalanmadır. “Marsa uçuş zamanı siz sadəcə bişəcəksiniz ki, digər problem həm də uzunmüddətli çəkisizlikdə qalmaqdır. Marsa eniş edən insanlar gəzə bilməyəcəklər, onların əzələləri çox zəif olacaq.”

 

Anders eyni zamanda qeyd edib ki, Maskın rəhbərlik etdiyi, kosmik texnika istehsalatı ilə maşğul olan “SpaceX” kompaniyası kosmonavtikanın inkişafı üçün heç bir töhvə vermir.

“Onun planları bizi digər məsələlərdən yayındırır. NASA Mask kimi insanların hipnozuna tabe olmamalıdır”.

 

Andersin fikrincə yeni rabitə peykləri, meteroloji müşahidələr və klimatologiya iş adamına onun Mars missiyasını həyata keçirməyə yardım etməkdən daha vacibdir.

 

Fevralın 6-da ABŞ-ın Florida ştatındakı Kanaveral burnundakı kosmodromdan “SpaceX” şirkəti tərəfindən hazırlanan dünyadakı ən güclü “Falcon Heavy” ağır daşıyıcı raketin ilk buraxılışı həyata keçirilib.

 

Uçuşun 2-ci dəqiqəsində raketin hər iki yan sürətləndiricisi ikinci hissədən uğurla ayrılıb və 2-ci hissə trayektoriya üzrə uçuşu davam etdirib. Uçuşdan 8 dəqiqə sonra yan sürətləndiricilər 1-ci və 2-ci eniş zonalarına eyni anda eniblər.

 

Raketin buraxılışı sınaq məqsədilə həyata keçirildiyi üçün yeganə faydalı yük “SpaceX”ın sahibi İlon Maskın vişnə rəngli, elektrik mühərrikli “Tesla Roadster” avtomobili olub. Orbitə buraxılan “Tesla”nın sürücü kreslosuna skafandr geydirilmiş maneken sürücü yerləşdirilib. Gələcəkdə şirkətin astronavtları məhz bu skafandrla uçacaqlar.

 

İ. Mask deyib ki, adətən sınaq uçuşlarında beton bloklardan istifadə olunur. Lakin o, bunu darıxdırıcı sayıb və kosmosa öz avtomobilini göndərməyi qərara alıb. Start zamanı elektromobilin audiosistemi Devid Bouinun (David Bowie) “Space Oddity” mahnısını səsləndirib.

 

Avtomobilin panelində quraşdırılmış ekranda Duqlas Adamsın “Qalaktikada avtostopla gəzinti” romanına istinadla “Panikaya düşmək olmaz!” yazısı görünüb.

 


Yazarlar

Powered by Artild Agency