Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Deputat etiraz etdi: “Konstitusiyaya ziddir”

  8
16:35 13-02-2018
Şriftin ölçüsünü dəyiş  

““Ələt azad iqtisadi zona haqqında” qanun layihəsi ölkə Konstitusiyası ilə ziddiyyət təşkil edir. Qanun layihəsində nəzərdə tutulan əmək qaydaları, ətraf mühitin mühafizəsi və azad iqtisadi zonada mübahisələrin həlli ilə bağlı normalar yenidən işlənməlidir və yaxud ümumiyyətlə qanunvericilikdən çıxarılmalıdır”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən Qüdrət Həsənquliyev deyib.

 

Deputat bildirib:

 

“Qanun layihəsində qeyd olunub ki, Azərbaycanda investorlar üçün əlverişli şərait yaradılı. Bu da onları vergi və gömrük rüsumlarından azad edir.

 

“Biz ekologiya, əmək hüquqları ilə bağlı beynəlxalq konvensiyaya qoşulmuşuq. Əgər biz vətəndaşların fundamental hüquq və azadlıqlarından danışırıqsa, bu normalarla bağlı investororlara hansı güzəştdən söhbət gedə bilər? Ekologiya ilə bağlı xarici investora nə kimi güzəştdən söhbət gedə bilər?”

 

 


Yazarlar

Powered by Artild Agency