Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakıda 11 yaşlı uşağın qaraciyərindən “qurd kisəsi” çıxdı - FOTO  +

  15
16:10 13-02-2018
Şriftin ölçüsünü dəyiş  

Bakıda 11 yaşlı uşağın qaraciyərindən uşaq üçün nəhəng hesab edilən "qurd kisəsi" çıxarılıb.

 

Bu barədə Paralel.az-a Uşaq cərrahiyyəsi və urologiya uzmanı Op.Dr. Fuad Hüseynov məlumat verib.

 

Həkim bildirib ki, uşağın qaraciyərində qurd kistasının əmələ gəlmə səbəbi ev heyvanları ilə təmasda olmaqdır:

 

“Qarnında ağrılar, halsızlıq ,ürəkbulanma şikayətləri olan 11 yaşlı oğlana aparılan müayinələr nəticəsində məlum oldu ki, qaraciyərində təqribən 11-12 sm ölçüdə "qurd kistası" (exinokokk) mövcuddur. Dərman müalicəsindən sonra cərrahi əməliyyat planlaşdırıldı.

Qaraciyərin 7-8 seqmentində diafraqmaya yapışıq yerləşən, uşaq üçün nəhəng hesab edilən "kista" texniki cərrahi çətinliklərlə ləğv edildi”.

 

F.Hüseynov bildirib ki, uşaq uğurlu əməliyyat sonrası tam sağlam şəkildə 3 gün sonra dərman müalicəsinə davam etmək şərti ilə evə buraxılıb.


Yazarlar

Powered by Artild Agency