Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

AŞ PA üzvü Azərbaycanla bağlı qəbul edilən qətnamələri qalmaqallı adlandırdı

  22
15:35 13-10-2017
Şriftin ölçüsünü dəyiş  

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasında Azərbaycanla bağlı qalmaqallı qərarlar qəbul olundu.

Paralel.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Əminə Nur Günay deyib.

O, sessiyada bir sıra qalmaqallı qərarların qəbul olunduğunu bildirib:

"Daha bir qalmaqallı qərar isə Azərbaycanla bağlı qəbul edildi. Bu, Türkiyə haqqında verilən qərara bənzər bir qərar idi".

Qeyd edək ki, oktyabrın 11-də AŞ PA-nın payız sessiyasında həqiqətə uyğun olmayan fikirlərin yer aldığı "Azərbaycanda demokratik təsisatların vəziyyəti" və "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair" qətnamələr qəbul edilib.

Paralel.az

Digər maraqlı xəbərlər Paralel.az-ın Facebook səhifəsində

Yazarlar