Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Çin dağlarda tras çəkir - 13,4 milyard dollara

  32
13:40 13-10-2017
Şriftin ölçüsünü dəyiş  

Çin hökuməti İbin və Pançjihua şəhərləri arasında ölkə tarixinin ən bahalı yolunun tikintisinə başlayıb.

Paralel.az Trend-ə istinadən xəbər verir ki, Çinin cənub-qərbindəki Sıçuan əyalətinin ərazisindən keçəcək trasın çəkilməsi 13,4 milyard dollara başa gələcək.

Dağlıq ərazidən keçəcək yolun uzunluğu 450 kilometr təşkil edəcək. Hesablamalara görə, yolun hər kilometri 30 milyon dollara başa gələcək.

Yolun tikintisinin başa çatacağı vaxt hələlik məlum deyil.

Qeyd edək ki, yolun çəkiləcəyi dağlıq ərazi çox çətin keçilən ərazidir.

Paralel.az

Digər maraqlı xəbərlər Paralel.az-ın Facebook səhifəsində

Yazarlar